Rusiyanın PUA-ları və raket kompleksləri VURULDU

  • By admin
  • 27 Yanvar 2023 09:47

Ukrayna qüvvələri son sutka ərzində Rusiyaya məxsus 3 dronu sıradan çıxarıb.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Bizim aviasiyamız ötən sutkada düşmən mövqelərinə 8 zərbə endirib. Rusiyanın zenit-raket kompleksləri də vurulub”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info