“Rusiyanın qələbəsi NATO-nun məğlubiyyəti olacaq”

“Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi NATO-nun məğlubiyyəti olacaq, ona görə də buna yol vermək olmaz”.

Gununsesi.info  xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Stoltenberq, həmçinin qeyd edib ki, alyansa üzv ölkələrin müdafiə nazirləri Ukraynaya köməyi gücləndirəcəklər.

Bununla belə, Baş katib NATO-nun münaqişə tərəfi olmadığını bir daha xatırladıb.

Gununsesi.info