Rusiyanın qırıcı Su-25 və İL-76 nəqliyyat təyyarəsi vurulub – Ukrayna rəsmi açıqlama yaydı

  • By admin
  • 26 Fevral 2022 09:36

Fevralın 26-da Ukrayna hərbçiləri Rusiyanın iki texnikasını vurublar.

Gununsesi.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

“C-300 zenit-raket kompleksi ilə Rusiyanın helikopteri və Su-25 qırıcı təyyarəsi məhv edilib”.

Kiyev vilayətində isə gecə Rusiyanın İl-76 təyyarəsi vurulub. “Hazırda Vasilkov şəhəri uğrunda ağır döyüşlər gedir. Rusiya havadan desant endirməyə cəhd edir”-deyə Ukrayna HHQ-nin komandanlığı açıqlama verib.

Gununsesi.info