Rusiyanın spirtli içkidən ölənlərin sayı 26-ya çatdı

  • By admin
  • 19 Dekabr 2016 12:15

ambul-xanti

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır.

Gununsesi.info-nun xəbərinə görə, şəhərin Lenin rayonun prokuroru Stanislav Zubovski RİA “Novosti” agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib.

Şəhərdə 40-dək satış nöqtəsində “Boyarışnik” içkisinin satıldığı  müəyyənləşdirilib.

Zəhərlənməyə səbəb olan spirtli içini yayan iki nəfər artıq tutulub.

Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb.

Gununsesi.info