“Rusiyanın Suriyada törətdiyi qətliamın cavabı heç bir halda onun səfirinin həyatı ilə ödənməməliydi” - Gültəkin Hacıbəyli

  • By admin
  • 20 Dekabr 2016 00:53

gultekin-hacibeyli-did

“Son zamanlar Türkiyədən gələn xəbərlər Suriyadan və İraqdan gələn xəbərlərə bənzəyir. Terror, ölüm, partlayış… Bu gün Ankarada Rusiya səfiri Andrey Karlov terror hücumu nəticəsində qətlə yetirildi. Diplomatlara qarşı terror vəhşilikdir və onu qətiyyətlə pisləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu sabiq millət vəkili Gültəkin Hacıbəyli qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Suriyada törətdiyi qətliamın cavabı heç bir halda onun səfirinin həyatı ilə ödənməməli idi.

O, qeyd edib ki, bu, çox yanlış və yeni təhlükələrə aparan yoldur:

“Ümid edirəm ki, Türkiyə bu terror aktı nəticəsində suçlu kompleksinə girərək Rusiyanı məmnun etmək üçün NATO ilə münasibətlərində yeni soyuqluq yaratmayacaq. Rusiya üçün də, Türkiyə üçün də keçmiş olsun!”

Gununsesi.info