Rusiyanın SWIFT-dən kənarlaşdırılması müzakirə olunur

  • By admin
  • 26 Fevral 2022 22:07

ABŞ və Avropa Birliyi bütövlükdə Rusiyanın deyil, ayrı-ayrı bankların və şirkətlərin SWIFT ilə əlaqəsini kəsmək imkanını nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, Kiyevin tutulması halında əlavə sanksiyalar da tətbiq oluna bilər.

Qeyd edək ki, daha öncəki məlumatda Rusiyanı SWIFT-dən ayırmaq qərarının bir neçə gün ərzində verilə biləcəyi bildirilib.

Gununsesi.info