Rusiyanın tanınmış jurnalisti:  “"Quli" Şeyxi tanımaq belə istəmir, "Beyləqanski" isə...”

  • By admin
  • 21 İyun 2018 13:30

Rusiyanın tanınmış kriminal yazarı Viktoriya Qefter bu olkənin KİV-lərinin birinə maraqlı müsahibə verib. Hazırda MDB məkanında oğru dünyasının durumunu şərh edən yazar Lotu Quli və Hacı Beyləqanskidən də danışıb.
Həmin açıqlamaları ixtisarla təqdim edirik
Xanım Qeftren dediyinə görə, hazırda MDB məkanından çıxmış “qanuni oğrular” arasında 3 nəhəng balina var. “Bunlar Merab Suxumski, Quli və Laşa Şuşanaşvilidir. Laşa ilə Merab düşmən olduğundan əsas güc Qulidir. Və onların hər ikisi də Quliyə yaxınlaşmaq istəyir”.
Jurnalistin dediyinə görə, Quli həbsdən çıxandan sonra əksər oğruları toparlaya bildi, bir-biriylə düşmənçilik edənlərin çoxunu barışdırdı. Çoxuna dəstək verdi. Bu isə onu çoxundan bir addım irəli çıxardı.
Qefterin dediyinə görə, bəzən Lənkəranski klanından olan Şeyx Həmzəti onunla bir sıraya qoymaq istəyirlər. “Amma Həmzət bu ranqda birisi deyil. O, ümumiyyətlə oğru deyil, buna can atmayıb da. Azərbaycanda olub. Bir-iki dəfə Rövşənlə şəkil çəkdirib. Quli onu tanımaq belə istəmir. İndi çoxları istəyir ki, adı bu və ya digər halda Quliylə yanaşı çəkilsin”.
Jurnalist Hacı Beyləqanskiylə bağlı sualı da cavablandırıb. Onun dediyinə görə, həbsxanada Beyləqanskini qanuni oğru kimi qəbul etməyəcəklər. “Buna Merab Suxumski klanı cəhd edə bilərdi. Amma o, Quliylə konfliktə getmək istəməz. Bir sözlə, Beyləqanski artıq işlənmiş materialdır” ,- deyə o bildirib.(Musavat.com)