Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

  • By arzu
  • 26 Mart 2020 16:40

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşşenkonun koronavirusa yoluxması təsdiqlənib.

Gununsesi.org xəbər verir ki, “Report”un “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi. O həm də Moskva “Dinamo”sunun Məşvərət Şurasının üzvüdür.

Gununsesi.org