Rusiyanın Ukrayna müharibəsində verdiyi itkiləri Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 57 200 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 290 tank, 4 857 zirehli döyüş maşını, 1 369 artilleriya sistemi, 330 reaktiv yaylım atəşi sistemi, 172 hava hücumundan müdafiə sistemi, 260 təyyarə, 224 helikopter, 970 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 711 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.