Rusiyanın Ukraynada canlı qüvvə itkiləri 138 minə çatır - FOTO

  • By admin
  • 12 Fevral 2023 14:18

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 137 780 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 280 tank, 6 488 zirehli maşın, 2 287artilleriya sistemi, 465 reaktiv yaylım atəşi sistemi, 234 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 286 helikopter, 1 997 PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 5 134 avtomobil texnikası və avtosistern, 214 xüsusi texnikadan ibarətdir.