Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də qələbəsi olacaq - Con Akuilino

  • By ilhame
  • 21 Mart 2024 22:28

“Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də strateji qələbəsi olacaq”.

 

Gununsesi.info-nun məlumatına görə, bu fikri ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akuilino deyib.

 

O, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxışı zamanı vurğulayıb: “Bizim nöqteyi-nəzərimizdən Rusiyanın Ukraynada strateji qələbəsi Çin lideri Si Cinpin üçün strateji qələbə olacaq”.

 

Admiral amerikalı qanunvericiləri xarici müttəfiqlərə kömək etmək üçün əlavə büdcə paketini tez bir zamanda təsdiqləməyə çağırıb ki, bu paketə Ukrayna üçün puldan əlavə, Asiya-Sakit Okean regionunda Amerikanın Çin və Rusiyaya qarşı mübarizəsi üçün maliyyə vəsaiti də daxildir.

 

Onun fikrincə, Moskva və Pekin arasında əlaqələrin gücləndirilməsi Vaşinqtonun regionda məhdudlaşdırıcı tədbirləri həyata keçirməsini çətinləşdirir: “Bu, şübhəsiz ki, çəkindirmə məsələsini çətinləşdirir və münaqişə ehtimalını artırır”.

Gununsesi.info