Rusiyanın Ukraynadakı DƏHŞƏTLİ İTKİLƏRİ

  • By admin
  • 18 Mart 2022 12:49

Müharibə başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin Ukraynada 14 min 200 hərbçisi zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İşğalçılara məxsus 450 ədəd tank, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarə, 112 ədəd helikopter, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dron məhv edilib” – məlumatda vurğulanıb.

Gununsesi.info