Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

  • By admin
  • 03 Yanvar 2023 14:54

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 108 190 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 036 tank, 6 100 zirehli maşın, 2 033 artilleriya sistemi, 424 reaktiv yaylım atəşi sistemi, 214 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 270 helikopter, 1 839 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 735 avtomobil texnikası və avtosistern, 181 xüsusi texnikadan ibarətdir.