Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 151 370 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 405 tank, 6 673 zirehli maşın, 2 402 artilleriya sistemi, 484 reaktiv yaylım atəşi sistemi, 247 hava hücumundan müdafiə sistemi, 301 təyyarə, 289 helikopter, 2 061 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 281 avtomobil texnikası və avtosistern, 230 xüsusi texnikadan ibarətdir.

Gununsesi.info