Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 173 360 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 615 tank, 6 977 zirehli maşın, 2 675 artilleriya sistemi, 526 reaktiv yaylım atəşi sistemi, 278 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 248 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 521 avtomobil texnikası və avtosistern, 294 xüsusi texnikadan ibarətdir.