Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 179 320 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 644 tank, 7 038 zirehli maşın, 2 765 artilleriya sistemi, 535 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 293 helikopter, 2 332 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 620 avtomobil texnikası və avtosistern, 316 xüsusi texnikadan ibarətdir.
Şəbnəm
Gununsesi.info