Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

  • By admin
  • 12 İyul 2023 11:19

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 235 530 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 090 tank, 7 990 zirehli maşın, 4 402 artilleriya sistemi, 674 reaktiv yaylım atəşi sistemi, 415 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 726 PUA, 1 271 qanadlı raket, 18 gəmi/qayıq, 6 978 avtomobil texnikası və avtosistern, 647 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.