Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

  • By admin
  • 16 İyul 2023 11:35

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 237 680 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 107 tank, 8 026 zirehli maşın, 4 481 artilleriya sistemi, 681 reaktiv yaylım atəşi sistemi, 425 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 820 PUA, 1 273 qanadlı raket, 18 gəmi/qayıq, 7 044 avtomobil texnikası və avtosistern, 666 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.