Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 265 680 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 489 tank, 8 670 zirehli maşın, 5 649 artilleriya sistemi, 747 RYAS (reaktiv yaylım atəşi sistemi), 504 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 512 operativ-taktiki PUA, 1 447 qanadlı raket, 19 gəmi/qayıq, 8 175 avtomobil və sistern, 851 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.