Rusiyanın Ukraynadakı müharibədə itkiləri Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 64 300 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 521 tank, 5 172 zirehli maşın, 1 566 artilleriya sistemi, 362 reaktiv yaylım atəşi sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 240 helikopter, 1 199 PUA, 316 qanadlı raket, 16 gəmi/qayıq, 3 944 avtomobil texnikası və avtosistern, 142 xüsusi texnikadan ibarətdir.