Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 70 250 canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 659 tank, 5 401 zirehli maşın, 1 708 artilleriya sistemi, 380 reaktiv yaylım atəşi sistemi, 195 hava hücumundan müdafiə sistemi, 273 təyyarə, 252 helikopter, 1 406 PUA, 351 qanadlı raket, 16 gəmi/qayıq, 4 107 avtomobil texnikası və avtosistern, 152 xüsusi texnikadan ibarətdir.