Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 76 460 canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 771 tank, 5 630 zirehli maşın, 1 782 artilleriya sistemi, 391 reaktiv yaylım atəşi sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 260 helikopter, 1 472 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 199 avtomobil texnikası və avtosistern, 157 xüsusi texnikadan ibarətdir.