Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 46 500 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 939 tank, 4 254 zirehli döyüş maşını, 1045 artilleriya sistemi, 274 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 836 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 165 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.