Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 144 440 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 326 tank, 6 562 zirehli maşın, 2 338 artilleriya sistemi, 471 reaktiv yaylım atəşi sistemi, 243 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 2 023 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 210 avtomobil texnikası və avtosistern, 226 xüsusi texnikadan ibarətdir.