
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 12 mindən çox rus hərbçisi öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya ordusuna məxsus 389 tank, 1249 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 64 reaktiv yaylım atəş sistemi, 34 hava hücumundan müdafiə sistemi, 77 təyyarə, 90 helikopter, 617 avtomobil texnikası, 3 gəmi, 60 yanacaq çəni, 8 PUA məhv edilib. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda deyilir.
Gununsesi.info