
“Avropa Şurasına üzv ölkələrin hökumət və dövlət başçılarının İslandiyada keçirdiyi demokratiya sammitində bir məqam xüsusilə nəzərə çarpdı. Bu sammitdə üzv ölkələrdə insan haqlarının durumu geniş müzakirə olunmalı, ünvanlı tənqidlər səsləndirilməli idi. Ancaq sammitin əsas müzakirə mövzusu Rusiya işğalına həsr olundu”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Elçin Sadıqov deyib.
Vəkilin sözlərinə görə, sammitdə AŞ üzvü olan ölkələrdə insan haqlarının pisləşməsi, media azadlığının boğulması Baş katib tərəfindən ümumi şəkildə ifadə olunub: “Düzdür, orada Avropa Məhkəməsinin qərarlarına hörmət etməyən ölkələrin siyahısı da elan olunmuşdu. Çağırışlar ümumu xarakter daşıyırdı. Halbuki, bu, ünvanlı olmalı idi. Bunun da səbəbi Rusiyanın Ukraynaya işğal müharibəsidir. Bu müharibə Avropa Şurasına üzv ölkələrdə sui-istifadələrə səbəb oldu. Ona görə də demokratiya və insan haqları məsələsində ciddi geriləmə var”.
Günel
Gununsesi.info