Rusiyanın Ukraynaya qarşı müharibəsinə soyunaraq etiraz etdi - Video+Fotolar

  • By admin
  • 21 May 2022 17:11

Kann kinofestivalında “Üç min illik həsrət” filminin premyerası öncəsi gözlənilməz hadisə yaşanıb.

Gununsesi.info  BBC-yə istinadən xəbər verir ki, qırmızı xalıya çıxan adı açıqlanmayan qadın Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edərək paltarını soyunub.

O, Ukrayna bayrağının rənginə boyadığı bədəninə “Bizə təcavüz etməyi dayandırın!” yazaraq dünyaya mesaj ötürüb.

Qadın oradakıların köməyi ilə qırmızı xalıdan uzaqlaşdırılıb.

 


Gununsesi.info