Rusiyanın Ukraynaya qaytardığı əsirlər arasında azərbaycanlı da var

  • By admin
  • 22 Sentyabr 2022 09:42

Ötən gün rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsində Ukrayna tərəfinə qaytarılanlar arasında azərbaycanlı da var.

Gununsesi.info xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb.

Əsirlərin siyahısında yer alan Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Arif oğlu Babayev Ukraynaya qaytarılıb.

23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir.

Gununsesi.info