Rusiyanın Ukraynaya raket hücumu: Ölən və yaralananların sayı artdı – YENİLƏNİB + FOTO/VİDEO

Rusiya ordusunun Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi raket hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunji məlumat verib.

“Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu məticəsində nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb. Hava hücumları nəticəsində 29 strateji obyekt, dörd çoxmərtəbəli binaya, 35 fərdi yaşayış evinə zərər dəyib”, – deyə o vurğulayıb.

11:03

Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Ölkənin Lvov, Dnepr şəhərlərinə də raket zərbələri endirilib. Bir sıra mətbuat orqanları hazırda raket hücumlarının növbəti dalğasının başladığını qeyd edir.

10:54

Rusiya ordusu Ukraynanın Zaporojye və Slavyansk şəhərlərini raket atəşinə məruz qoyub.

Zaporojyeyə edilən hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Ukraynanın Slavyansk şəhərinə edilən hücum nəticəsində isə dörd sakin həyatını itirib.

Məlumatı Slavyansk şəhərinin meri Vadim Lyaxın yayıb.

V.Lyaxın bildirib ki, Rusiya ordusu şəhərin mərkəzi hissəsini vurub, yaşayış binalarına ciddi ziyan dəyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev ağır bombardmana məruz qalıb.

 

Gununsesi.info