Rusiyanın “Vaqner Qrupu”na qarşı ŞOK İDDİA: bu ölkələrdə işgəncələr, qətllər...

Avropa İttifaqı (Aİ) Rusiyanın “Vaqner Qrupu”na qarşı sanksiyalar tətbiq edəcək.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından yazılı açıqlama verilib.

HTML tutorial

Bildirilib ki, sanksiya Rusiyadan idarə edilən “Vaqner Qrupu”na bağlı olan 8 şəxsi və 3 təşkilatı hədəf alıb.

“”Vaqner Qrupu” beynəlxalq hüquq, o cümlədən beynəlxalq insan haqları qanunlarını pozaraq zorakılığı qızışdırmaq, təbii sərvətləri talan etmək və mülki insanları qorxutmaq üçün dünyanın müxtəlif yerlərində münaqişə zonalarına xüsusi hərbi agentləri cəlb edib, öyrədib və göndərib”, – açıqlamada deyilir.

Məlumata görə, Aİ siyahısında olan şəxslər fəaliyyət göstərdikləri bəzi ölkələrdə, o cümlədən Liviya, Suriya, Ukrayna, Mərkəzi Afrika Respublikası və ABŞ-da işgəncə və məhkəmə qərarı olmadan qətllər də daxil olmaqla, ciddi insan hüquqları pozuntularında iştirak ediblər.

Gununsesi.info