Rusiyanın vilayətləri atəşə tutuldu - 1 ölü, 5 yaralı

Ukrayna Silahlı Qüvvələrinə məxsus çoxsaylı pilotsuz uçuş aparatları Rusiya ərazisinə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Bildirilib ki, PUA-lar Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum edib. Zərbələr nəticəsində bir sıra strateji obyektlərə və yaşayış yerlərinə ziyan dəyib.

İlkin məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

 

Gununsesi.info