Rusiyanın Xankəndində konsulluq açmaq niyyətinin arxasında nə dayanır?

  • By admin
  • 30 May 2024 13:07

Rusiya 2024-cü ilin sonuna qədər Xankəndidə Baş konsulluq açmaq istəyi  Azərbaycan və Ermənistan mediasında geniş müzakirə mövzusu olub. 

Qeyd edək ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

Onun  dili ilə bildirilən bu niyyət onu göstərir ki, Qarabağdan ordusunu çıxaran Rusiya bu ərazidə öz siyasi iştirakını hələ ki, qoruyub saxlamaq istəyir.

Çünki Qarabağda Rusiya vətəndaşları yaşamadığı üçün onlara hər hansı konsulluq xidməti göstərilməsinə də gərək yoxdur.

O zaman bu konsulluq Moskvanın nəyinə gərəkdir ?

Görünür, Rusiya bu yolla Qarabağıdan əlini tam çəkmədiyini, bu ərazidə öz mövcudluğunu saxladığını göstərməklə Azərbaycanla münasibətlərdə xüsusi imtiyazlara sahib olduğuni göstərməyə çalışır .

Ancaq, bu, Qarabağ üçün hər hansı təhlükə yaradırmı, dövlət suverenliyimizi təhdid edirmi? Rus ordusunun varlığı ilə müqayisədə konsulluğun varlığı aydındır ki, hər hansı birbaşa hərbi təhdid və müdaxilə potensialına malik deyil. Ancaq bu addım iki baxımdan narahatlıq doğurur. Birincisi budur ki, Rusiya konsulluq xidməti altında göstərmək istəyir ki, bizim üçün Qarabağ hekayəsi hələ bitmiş deyil və heç bir ehtiyac olmadığı halda bu ərazidə konsulluq xidmətinin olması yaratmaqla başqa dövlətlərlə müqayisədə özünə bir ayrıcalıq, siyasi üstünlük saxlamağa çalışır. Bu Putin başda olmaqla Rusiyanın imperiya sərhədlərinin onun coğrafi sərhədlərindən daha böyük olduğunu düşünən hazırkı raşist rus siyasi elitası üçün özünü təskin etmə, öz xəstə iddialarını ayaqda tutmağın bir formasıdır .Bundan başqa Moskvanın bu planından hər hansı bir real məzmun yoxdur.

 

Gununsesi.info