Sanksiyalar Rusiyaya böyük zərbə vurdu və Moskvaya törətdiyi bütün əməllərə görə ödəyəcəyi dəyərin olduğunu başa saldı.
Axar.az xəbər verir ki, bunu “ABŞ-ın dünyada rolu” konfransında çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri söyləyib.
“Rusiya Gürcüstana, Cənubi Osetiyaya və Abxaziyaya girdi. Heç bir şey edilmədi və heç bir sanksiya tətbiq olunmadı. O zaman hakimiyyətə biz gəldik. Rusiya Ukraynaya müdaxilə edəndə biz Avropanı oyandırıb, sanksiyalar tətbiq etdik. Bu sanksiyalar Rusiyaya böyük zərbə vurdu və Moskvaya törətdiyi bütün əməllərə görə ödəyəcəyi dəyərin olduğunu başa saldı”, – Kerri bildirib.
Gununsesi.info