Rusiyaya casusluq etməkdə suçlandı: Həbsxana hücrəsində ölü tapıldı

  • By admin
  • 06 İyun 2023 09:30

Amerikada Rusiya adına casusluqdan ömürlük məhkum edilən 79 yaşlı keçmiş FBİ casusu Robert Hanssen qaldığı həbsxanada ölü tapılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerika Həbsxanalar üzrə Rabitə Direktoru Kristie Breshears etdiyi açıqlamada Rusiya adına casusluqdan ömür boyu məhkumiyyəti olan Hanssenin öz hücrə otağında hərəkətsiz halda tapıldığını, həbsxana işçilərinin dərhal müdaxilə etmək üçün hərəkətə keçdiyini söyləyib.

Hanssen 1979-cu ildən etibarən yüksək dərəcədə gizli sənədləri Sovet Sosialist Cumhuriyyətlər Birliyinə və sonra Rusiyaya satmaqla suçlanmışdı.

Bunu etiraf edən Hansen məhkəmə tərəfindən casusluq ittihamı ilə 2001-ci ildə ömür böyu həbs cəzası almışdı.

Hanssenin casusluq edərkən “Ramon Garcia” ləqəbini işlətdiyi və  1milyard 400 milyon dollardan çox nağd almaz və xarici bankda pul qarşılığında minlərlə gizli sənədi satdığı qeyd edilir.

2001-ci ildə Virciniyada casusuluq edərkən yaxalanan Hanssenin kimliyi bir rus gizli xidmət işçisinin Hanssenin barmaq izlərinin olduğu çöp torbası və səs yazısını içində daşıyan dosyanı təslim etməsindən sonra təsbit edilmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info