Rusiyaya dəhşətli sanksiya tətbiq edilə bilər – Kreml

  • By admin
  • 22 Mart 2021 18:31

Dünya siyasətindəki hazırkı situasiya Rusiyadan Qərbdən gələcək mümkün təhdidlərə qarşı diqqəti artırmağı tələb edir.

Gununsesi.info xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

HTML tutorial

O bildirib ki, Qərb hətta Rusiya üçün SWIFT beynəlxalq banklararası sistemini də söndürə bilər:

“Siz görürsünüz ki, Qərb, o cümlədən ABŞ-ın Rusiyaya sanksiyaları sərtləşməklə davam edir. Onların bu addımlarını artıq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də biz hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Lavrov dollardan imtina və beynəlxalq banklararası sistemdən asılı olmamaqla bağlı Çinə çağırış edib.

Gununsesi.info