Rusiyaya gedənlərə iş qadağası

  • By ilhame
  • 08 Oktyabr 2023 12:19

Xarici vətəndaşların məktəb, taksi və tibb müəssisələrində işləməsini qadağan edən qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.

Gununsesi.info xəbər verir ki, sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Layihə “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutur.

“Əcnəbi işçilərin ixtisassız əməyinin xeyirdən çox zərər verə biləcəyi ən həssas sosial sahələrə miqrantların cəlb edilməsinə tam qadağa”ənın yaradılması təklif edilir”, – deyə izahat qeydində qeyd olunur.

Belə ki, təşəbbüs miqrantların səhiyyə sistemlərinin müəssisə və təşkilatlarında tibbi xidmətlərin göstərilməsi, məktəb təhsili sistemində, dərman vasitələrinin ticarəti sahəsində, sərnişin taksi və yük daşımalarında işləməyə cəlb edilməsini qadağan edir. Layihədə həmçinin, hər bir iqtisadi fəaliyyət növü üzrə əcnəbi işçilərin icazə verilən payının işçilərin ümumi sayının 5%-i ilə məhdudlaşdırılması təklif edilir. Layihə müəllifləri hesab edirlər ki, digər məsələlərlə yanaşı, bu, iqtisadiyyatın bu sektorlarında miqrantların artımını dayandırmağa, Rusiya Federasiyası vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək.

Mövcud standartlara görə, əmək bazarının regional xüsusiyyətlərini və Rusiya vətəndaşlarının məşğulluğunun prioritetini nəzərə alaraq, hər il iqtisadiyyatın müxtəlif sahələrində xarici işçilərin icazə verilən payı təyin edilə bilər.

Gununsesi.info