Rusiyaya getmək qadağan edilsin – UTX sədri

  • By admin
  • 02 Sentyabr 2017 18:13

1459029674s

Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Qritsak ukraynalı siyasətçilərin Rusiyaya getməsini qadağan etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı informasiya yayıb.

“Mən deputatların, siyasətçilərin və ictimai xadimlərin təcavüzkar ölkəyə səfər etməsi üçün qanuni qadağa və cinayət məsuliyyətinin tətbiq edilməsinin tərəfdarıyam”, – Qritsak bildirib.

Qeyd edək ki, Ukrayna-Rusiya münasibətləri Krımın Rusiyaya birləşdirilməsindən sonra kəskin pisləşib.

 

Gununsesi.info