

Bakıda Rusiyaya məxsus hərbi və mülki vertolyotlar nümayiş etdiriləcək.
Gununsesi.info xəbər verir ki, “Rusiya vertolyotları” holdinqə məxsus yeni model hərbi və mülki vertolyotları Bakıda təşkila olunacaq “ADEX-2016 Bakı” Beynəlxalq müdafiə sərgisində nümayiş etdiriləcək.
Şirkətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Rusiya vertolyotları” şirkəti sərgi çərçivəsində yeni modellərinin təqdimatı olacaq. “Sərgi ziyarətçiləri Mi-38 vertolyotunun yük və sərnişin modelləri, Mi-28 NE, həmçinin Ka-52 “Alliqator” vertolyotu ilə yaxından tanış ola biləcəklər”.
Şirkətin Baş Direktor müaviniİqor Çeçikov bildirib ki, Azərbaycan “Rusiya vertolyotları” şirkətinin ən yaxın ənənəvi tərəfdaşlarından biridir və öz hava parkını modernləşdirilməsinə böyük önəm verir. “Bu məqsədlə də Azrbaycan hökuməti tədricən öz hava parkını yeniləşdirir və müasir vertolyot texnikası ilə yeniləyir. Bu baxımdan bizim şirkət də öz ən yeni və müasir texnikalarını öz tərəfdaşlarına təqdim edir. Biz təkcə öz vertolyotlarımızı satmırıq, eyni zamanda satdıqdan sonra ona xidmət və modrnləşdirilıməsi istiqamətində xidmət göstəririk.
Şirkət sərgi çərçivəsində bir sıra sazişlər imzalayacağı planlaşdırır.
Qeyd edək ki, sentybarın 27-30-da Bakıda keçiriləcək ADEX-2016 sərgisində dünyanın 30-dan artıq ölkəsindən 200 şirkət iştirak edəcək.
Gununsesi.info