Rumıniyada, Ukrayna ilə sərhədə yaxın Plauru şəhəri yaxınlığında Rusiya mənşəli olduğu iddia edilən pilotsuz uçuş aparatının (PUA) fraqmentləri aşkar edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi bildirib.
Departament qeyd edib ki, pilotsuz təyyarənin qalıqları ölkəyə uçan pilotsuz təyyarələrin qəzaya uğraya biləcəyi ehtimal edilən zonalardan birində tapılıb.
“Mümkün dağıntıların düşmə zonaları kimi müəyyən edilən bütün yerlər məskunlaşan ərazilərdən kənarda yerləşir və infrastruktura təsir göstərmir. Nazirlik müttəfiq strukturları real vaxt rejimində vəziyyət barədə məlumatlandırır, onlarla daimi əlaqə saxlayır”, – Rumıniya Müdafiə Nazirliyi əlavə edib.
Bundan əvvəl Rumıniya hərbçiləri Dunay çayı yaxınlığında və Ukrayna ilə sərhəddə yerləşən fermada pilotsuz təyyarəyə bənzər obyektin fraqmentlərini aşkar ediblər.
Şəbnəm
Gununsesi.info