Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb - 32 NƏFƏR HƏLAK OLUB

  • By admin
  • 06 Mart 2018 20:18

Suriyanın Hmeymim aerodromunda Rusiyaya məxsus “An-26” təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 26 sərnişin və 6 heyət üzvü həlak olub.

Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına 500 metr qalarkən qəzaya uğrayıb.

İlkin məlumata əsasən, qəzaya səbəb texniki nasazlıq ola bilər.

Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası qəzanın səbəbi ilə bağlı bütün mümkün versiyaları öyrənəcək.

Gununsesi.info