Rusiyaya məlumat ötürən ukraynalılar saxlanıldı

  • By admin
  • 06 Avqust 2022 21:43

Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın Nikolayev bölgəsinə raket zərbələri endirməyə kömək edən iki nəfəri saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xidmətin Teleqram kanalında məlumat yayılıb.

Bildirilir ki, saxlanılan şəxslər Ukraynanın cənubunda yerləşən şəhərdə hədəfləri müəyyən etməyə kömək edib.

“İki şəxs mühüm infrastruktur obyektləri, yanacaq anbarları, Silahlı Qüvvələrin şəxsi heyətinin və texnikasının sayı və yerdəyişməsi barədə kəşfiyyat məlumatları toplayıb düşmənə ötürüb”, – deyə məlumatda qeyd olunur.

Gununsesi.info