Rusiyaya məxsus hərbi və mülki vertolyotlar nümayiş olunacaq - BAKIDA

  • By admin
  • 26 Sentyabr 2016 12:55
rusiya
Bakıda Rusiyaya məxsus hərbi və mülki  vertolyotlar nümayiş etdiriləcək.
Gununsesi.info xəbər verir ki, “Rusiya vertolyotları” holdinqə məxsus  yeni model  hərbi və mülki vertolyotları  Bakıda təşkila olunacaq  “ADEX-2016 Bakı” Beynəlxalq   müdafiə  sərgisində nümayiş etdiriləcək.
Şirkətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Rusiya vertolyotları” şirkəti sərgi çərçivəsində yeni modellərinin təqdimatı olacaq. “Sərgi ziyarətçiləri  Mi-38 vertolyotunun yük və sərnişin modelləri,  Mi-28 NE, həmçinin Ka-52 “Alliqator” vertolyotu ilə yaxından tanış ola biləcəklər”.
Şirkətin Baş Direktor müaviniİqor Çeçikov  bildirib ki, Azərbaycan “Rusiya vertolyotları” şirkətinin ən yaxın ənənəvi tərəfdaşlarından biridir və  öz hava parkını modernləşdirilməsinə böyük önəm verir. “Bu məqsədlə də Azrbaycan hökuməti tədricən öz hava parkını yeniləşdirir və müasir vertolyot texnikası ilə yeniləyir. Bu baxımdan bizim şirkət də  öz ən yeni və müasir  texnikalarını öz tərəfdaşlarına  təqdim edir. Biz təkcə öz vertolyotlarımızı satmırıq, eyni zamanda satdıqdan sonra ona xidmət və modrnləşdirilıməsi istiqamətində xidmət göstəririk.
Şirkət sərgi çərçivəsində bir sıra  sazişlər imzalayacağı planlaşdırır.
Qeyd edək ki, sentybarın 27-30-da Bakıda keçiriləcək ADEX-2016 sərgisində  dünyanın 30-dan artıq ölkəsindən 200 şirkət iştirak edəcək.
Gununsesi.info