Rusiyaya məxsus helikopter Ukraynanın hava sərhədini pozdu

  • By admin
  • 16 Mart 2021 22:15

Rusiyaya məxsus helikopter Ukraynanın hava sərhədini pozub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Bu gün Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin Sumı vilayətindəki sərhəd gözətçi dəstəsi Rusiya Federasiyasından Ukrayna ərazisinə təxminən 50 metr məsafədə helikopter uçuşunu qeydə alıb. Bundan sonra helikopter əks istiqamətə dönüb və dövlətimizin hava sahəsini tərk edib”, – deyə məlumatda bildirilir.

Ukrayna Dövlət Sərhəd Xidməti dərhal Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Belqorod və Voronej bölmələri üzrə sərhəd idarəsinə Ukraynanın dövlət sərhədinin Rusiyaya məxsus helikopter tərəfindən pozulması ilə bağlı məlumat göndərərək, uçuş aparatının məxsusluğu və pozuntuya səbəb olan vəziyyəti izah etməyi tələb edib.

Hazırda Rusiya tərəfindən sözügedən məsələ ilə bağlı cavab gözlənilir.

Gununsesi.info