Rusiyaya məxsus təyyarə və helikopterlər məhv edildi

  • By admin
  • 12 Mart 2022 09:39

Ukrayna HHQ komandanlığı martın 11-də baş verən döyüşlərlə bağlı məlumat yayıb.

Gununsesi.info unian.net-ə istinadən xəbər verir ki, məlumat hava qüvbvələrinin feysbuk səhifəsində yayımlanıb.

Bildirilib ki, ötən gün Rusiyaya məxsus 1 SU-34 təyyarəsi, 4 helikopter və 1 PUA vurulub.

Bundan başqa, hərbi aviasiya 10 hücum əməliyyatı həyata keçirib.

Gununsesi.info