“Xocalı soyqrımının günahkarlarının əksəriyyəti Rusiyadadır və biz çalışıb onların Azərbaycana ekstradisya olunaraq cəzalandırılmasına nail olmalıyıq”.
Gununsesi.info bu fikri millət vəkili Asim Mollazadə bu gün “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımını törədənlərin böyük əksəriyyəti Rusiyadadarırlar: “Biz Rusiyaya olan münasibətlərimizdən istifadə edib cinayətkarların cəzalandırılmasına nail olmalıyıq. Azərbaycan Rusiya ilə birgə belə bir məhkəmə prosesini təşçkil edə bilərsə, bu dünya ictimaiyyətinə bir çağırış ola bilər. Ona görə də biz belə bir məhkəmənin keçirilməsinə nail olmalıyıq”.
Mürtəza
Gununsesi.info