Rusiyaya partlayıcı maddələrin keçirilməsi cəhdi: Tiflis Kiyevdən cavab gözləyir

  • By admin
  • 06 Fevral 2024 13:54

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukraynadan Rusiyaya partlayıcı maddələrin Gürcüstan ərazisindən keçirilməsi cəhdi ilə bağlı sorğuya Kiyevdən cavab gözləyir.

Gununsesi.info bildirir ki, bu barədə Gürcüstan mətbuatına Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin direktoru Baça Mqeladze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi faktla bağlı daha ətraflı məlumat verib.

Mgeladze qeyd edib ki, müvafiq məlumatlar “istintaqın xeyrinə olacaq və müəyyən detalları təsdiq edəcək”.

Bir gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirmişdi ki, əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir neçə ədəd xüsusi partlayıcı qurğu və külli miqdarda partlayıcı maddə götürülüb.

Məlumata görə, qeyd olunan partlayıcı qurğu və maddələrin Gürcüstana Odessadan gətirildiyi müəyyən edilib. Onların Rusiyanın Voronej şəhərinə aparılması planlaşdırılırdı.

Gununsesi.info