
Tiflisdə keçirilən NATO PA yaz sessiyasının plenar iclasında Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəkləyən bəyannamə qəbul edilib.
APA-nın məlumatına görə, “Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasına dəstək” adlı bəyannamədə bildirilir ki, NATO PA Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəkləyir: “NATO PA Gürcüstan dövlətinin və hökumətinin ölkədə insan hüquqları, mətbuat azadlığı, silahlı qüvvələrin təkmilləşdirilməsi kimi islahatlarını yüksək qiymətləndirir”.
NATO PA sədri Paolo Ali qeyd edib ki, bu addımlar Gürcüstanı NATO ilə daha da yaxınlaşdırır və gələcəkdə bu ölkənin Alyansa üzvlüyünü asanlaşdırır.
Gununsesi.info