
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika mətbuatına açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Ərdoğan BMT Baş Assambleyası üçün getdiyi Nyu-Yorkda Amerikanın “PBS” kanalının suallarını cavablayıb.
Ərdoğana Amerika və Rusiya arasında hansını seçməsi ilə bağlı yönəldilən suala Türkiyə lideri belə cavab verib:
“Mənim Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Qərbə nə qədər etibar edilərsə, Rusiyaya da ən azı, o qədər güvənmək olar. 50 ildir ki, bizi qapısında gözlədən Avropa Birliyidir. İndi Qərbə nə qədər güvənirəmsə, Rusiyaya da o qədər güvənirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi müahibəsində Taxıl Koridoru ilə bağlı danışıqların davam etdiyini bildirib.
Tərcümə: Arzu