Rusiyaya qarşı sanksiyalar uzadılır

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri fevralın 22-də Rusiya Federasiyasına qarşı sanksiyaların müddətinin altı aydan doqquz aya qədər uzadılması ideyasını müzakirə edəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, əvvəlcə bu müddətin bir ilə qədər artırılması təklifi var idi, lakin bu variant Macarıstan tərəfindən birtərəfli qaydada əngəllənib.

Nəşrin həmsöhbətlərinin fikrincə, kompromis kimi Aİ-yə üzv ölkələrin nümayəndələri bu müddətin 9 aya qədər artırılmasını müzakirə edə bilərlər.

Gununsesi.info