Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı 

  • By admin
  • 19 İyun 2017 13:45

unnamed (2)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə 2018-ci il iyunun 23-ə qədər uzadıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, Avropa İttifaqı ilk dəfə 2014-cü ilin martın18-də Rusiyanın Krımı işğal etməsinə cavab olaraq bu ölkəyə qarşı iqtisadi sanksiyalar qəbul edib. Müəyyən dövr ərzində bu sanksiyalar tədricən daha da gücləndirilib.

Anar
Gununsesi.info